Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

18-ci Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlayıb

08.07.2024 [13:19]

Xəbərin mətni

İyulun 8-i ADA Universitetində 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “GL Group”un baş icraçı direktoru Asif Zeynalov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış ediblər.
Tədbir zamanı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən bəri hər il keçirildiyini xatırladıb. O qeyd edib ki, proqramın Xəzər regionu ölkələrində enerji və ekoloji problemlərə diqqət yetirməsi, həm yerli, həm də beynəlxalq iştirakçılar üçün faydalıdır.