Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollara çatıb

08.07.2024 [15:02]

Xəbərin mətni

Bu ilin əvvəlinə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 43,5 faiz artaraq 3,1 milyard dollara çatıb. Bu barədə Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao Bakıda keçirilən "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda deyib. O bildirib ki, ölkələrimiz arasında iqtisadi-ticari sahədə əməkdaşlıq uğurla inkişaf edir.
Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov vurğulayıb ki, Avropaya göndərdiyi məhsulları Azərbaycanda istehsal etmək Çin üçün daha sərfəlidir.