Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
24.07.2024 [15:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.