Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir

28.10.2026 [12:48]

Xəbərin mətni

Biz hazırda ölkələrimiz və müvafiq qurumlarımız üçün ciddi çağırışlar yaradan, dövlətlərimizin inkişafına mane ola biləcək mürəkkəb siyasi və təhlükəsizlik şəraitində fəaliyyət göstəririk. Bu vəziyyət milli resursların qorunması və transmilli cinayətkarlığa qarşı mübarizə məqsədilə əməkdaşlığın gücləndirilməsi üçün tədbirlər görməyimizi zəruri edir. Biz suverenliyə hörmətin, münaqişələrin sülh yolu ilə həllinin, hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsinin və cəzasızlığa qarşı mübarizənin vacibliyini vurğulayırıq. Bunu Qətər Dövlətinin nümayəndəsi Hamad bin Nasser Al-Misnad İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI