Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir
28.10.2026 [12:51]
Xəbərin mətni
Bu gün dünyada geosiyasi, sosial-iqtisadi və texnoloji parçalanmaların yaratdığı mürəkkəb çağırışlar fonunda ikitərəfli və çoxtərəfli anlaşmanın, etimadın və əməkdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qadınlar və qızlar bu prosesin vacib aktorlarıdır. Onlar bilikləri, liderlik keyfiyyətləri və təşəbbüsləri ilə cəmiyyətlər arasında körpülər qurur, ortaq gələcəyin formalaşmasına töhfə verirlər. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülərin qurulmasında qadınların və qızların rolunun gücləndirilməsi” mövzusundakı dialoqda deyib.