Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

28.07.2024 [17:33]

Xəbərin mətni

Azərbaycan Hərb Tarixi Muzeyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən müharibəsi şəhidi Camal İsmayılovun xatirəsinə həsr olunan “Vətən Sizi Unutmaz” adlı anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin və ictimaiyyət nümayəndələrinin, şəhidin ailə üzvlərinin, yaxınları və döyüş yoldaşlarının iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.