İDMAN
“Paris-2024”də Azərbaycanın ikinci qızıl medalı - Zelim Kotsoyev Olimpiya çempionu adını qazandı
01.08.2024 [20:10]
Xəbərin mətni
Avqustun 1-də Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn idmançımız Olimpiya çempionu olub.