Azərbaycan Dövlət İnformasiya Agentliyi

126 yaşlı Azərbaycan kinosu...

02.08.2024 [20:14]

Azərbaycan kinematoqrafiyasının ilk nümunəsi 2 avqust 1898-ci ildə ərsəyə gətirilib. Fotoqraf Aleksandr Mişonun çəkdiyi xronika süjetləri və "İlişdin" bədii kinosüjeti ölkəmizdə kino sənayesinin ilk nümunələri hesab olunur . Kinomuzun ən parlaq dövrü isə ötən əsrin 60-cı illərindən başlayıb.