Azərbaycan Dövlət İnformasiya Agentliyi

AHİK-in “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub

07.08.2024 [17:31]

Xəbərin mətni

Avqustun 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Şəki” İstirahət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərkəzdə 100 nəfərlik dördmərtəbəli iki yataq korpusu yaradılıb, bütün otaqlar lazımi əşyalarla təmin olunub.
Qeyd edilib ki, mərkəzdə ittifaq üzvlərinin rahat dincəlmələri üçün istirahət guşələri də mövcuddur.