Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ana övladını satışa çıxardı: Dövlət qurumları hərəkətə keçdi

07.08.2024 [18:12]

“Bu uşağımı satıram, imkanım olmadığı üçün, baxa bilmədiyim üçün çöllərdə yaşayacam, satıram. Sənədləri yerindədir, qiyməti razılaşma yolu ilə”

Heyrət doğuran bu hadisə Bakıda baş verib. Ana imkanının olmadığını bəhanə gətirərək, övladını sosial şəbəkə vasitəsi ilə satışa çıxarıb. Üstəlik öz övladına qiymət də təyin edib. Məsələ ilə bağlı dövlət qurumları hərəkətə keçib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, azyaşlı artıq dövlətin himayəsinə alınıb.