CƏMİYYƏT


Səhiyyə Nazirliyi Laçında əhalinin növbəti tibbi müayinələrini təşkil edib

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif tibbi müayinələri, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. Növbəti belə tədbir avqustun 9-da baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Laçın şəhərində sakinlərin müayinələri aparılıb.