Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranda mütəşəkkil cinayətkar dəstənin əvvəllər məhkum olmuş üzvü saxlanılıb

12.08.2024 [10:30]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü - əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.