Azərbaycan Dövlət İnformasiya Agentliyi

On doqquz saylı Nərimanov birinci seçki dairəsində treninqlərə başlanılıb

12.08.2024 [13:04]

Xəbərin mətni

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar Parlament seçkiləri ilə əlaqədar avqustun 12-də 19 saylı Nərimanov birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. 4 gün davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaqdır.
AZƏRTAC xəbər verir ki, treninqlərdə 37 məntəqədən 222 nəfərin iştirakı nəzərdə tutulub.