Qazaxdakı 109 saylı dairə seçki komissiyasında treninqlər 41 məntəqəni əhatə edir
12.08.2024 [18:26]
Xəbərin mətni
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar avqustun 12-dən etibarən 109 saylı Qazax seçki dairəsinin dairə seçki komissiyasında da məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlərə başlanılıb. Təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlığının artırılmasıdır.