CƏMİYYƏT


8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninqlər təşkil olunub

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə onların hazırlığının artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində avqustun 13-də 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasında növbəti treninq təşkil olunub.
AZƏRTAC xəbər verir ki, treninqdə çıxış edən 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Natiq Əliyev seçki dairəsi üzrə hazırda 37 seçki məntəqəsinin fəaliyyət göstərdiyini deyib. Bildirib ki, bir seçki məntəqəsinin seçki qanunvericiliyinə uyğun olaraq səsvermə gününə azı 5 gün qalmış seçki dairəsinin ərazisində yerləşən cəzaçəkmə müəssisəsində yaradılması nəzərdə tutulur.