Azərbaycan Dövlət İnformasiya Agentliyi

121 saylı Laçın seçki dairəsində maarifləndirici treninqlər uğurla davam edir

13.08.2024 [16:10]

Xəbərin mətni

121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün treninqlər davam edir.
Dairə seçki komissiyasının sədri Hüseyn Səfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunmuş təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır.