CƏMİYYƏT


Ağcabədidə məntəqə seçki komissiyalarının 690 üzvü treninqlərə cəlb edilib

Sentyabrın 1-də ölkəmizdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün təşkil olunan treninqlər Ağcabədi rayonunda uğurla davam edir.
85 saylı Füzuli-Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının sədri İbrahim Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər seçki dairəsi üzrə 366 aşağı seçki komissiyası üzvünü əhatə edir. Altı gün davam edəcək məşğələlər gün ərzində iki dəfə olmaqla, qruplar şəklində keçirilir.