CƏMİYYƏT


Məcburi köçkünlər mina təhlükəsi barədə məlumatlandırılır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) məcburi köçkünlər üçün "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə təlimlər keçirir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərin təşkilində əsas məqsəd işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, mərhələli şəkildə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk amilinin minimuma endirilməsidir.