Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub

19.08.2024 [12:59]

Xəbərin mətni

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI