Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib
22.08.2024 [18:10]
Xəbərin mətni
Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə günorta saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, rayonun Əngərxan kənd sakini 16 yaşlı Əsgərov Emil Oktay oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
Qəza zamanı Emil Əsgərov hadisə yerində ölüb.