Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəzi gənclərin asılılıq xəstəliyi: Onlayn kazino oyunları

22.08.2024 [19:26]

Gündəlik həyatımızda sosial şəbəkələrdə və digər internet resurslarında internetdən qazanc əldə etmə adı altında müxtəlif tip reklamlara rast gəlirik. Bu reklamların böyük əksəriyyətinə isə daxil olan zaman onlayn kazino oyunlarına yönləndirilir. Həmin reklamlarda isə guya böyük məbləğdə pul uduşları qazanan insanların görüntüsü təqdim olunaraq bu oyunlara insanlar cəlb edilir.