Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abbas Abbasov: Bonayre ilə imzalanan Memorandum tərəflər arasında əməkdaşlığı inkişaf etdirəcək

23.08.2024 [16:34]

Xəbərin mətni

Bonayre adasından olan vətəndaş cəmiyyəti təşkilatları ilə memorandum imzaladıq. Memorandum tərəflər arasında əməkdaşlığı inkişaf etdirəcək və biz bir sıra istiqamətlərdə ortaq işlər görəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının QHT-ləri ilə memorandumun imzalanmasına münasibət bildirərkən deyib.