Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndidə istehsal ediləcək köynəklər xaricə də ixrac olunacaq

24.08.2024 [19:02]

Xəbərin mətni

Xankəndi şəhərində ümumi investisiya dəyəri 6 milyon ABŞ dolları olan toxuculuq fabriki inşa edilir. Özbəkistanla birgə həyata keçirilən layihənin ilkin mərhələsində 400 nəfər işlə təmin olunacaq. Tikinti işlərini həyata keçirən “BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ərazisi 1,5 hektar olan fabrikin tikintialtı sahəsi 4000 kvadratmetrdir. Fabrikin birinci mərtəbəsi kəsim, ikinci və üçüncü mərtəbələri toxuculuq müəssisəsi kimi fəaliyyət göstərəcək.