Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram narkotik vasitə aşkarlanıb

26.08.2024 [10:15]

Xəbərin mətni

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çətin relyef şəraitində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb.