Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı”nın bağlanış konserti təşkil olunub

26.08.2024 [10:18]

Xəbərin mətni

Demək olar ki, hamı ora tələsirdi. Üzlərdə, gözlərdə böyük sevinc vardı. Kimi ailəsi, kimi yaxın rəfiqəsi, kim də öz sevgilisi isə xoş anlar yaşamaq üçün Heydər Əliyev Mərkəzinin parkına üz tutmuşdu. On görə ki, yayın son istirahət günü - avqustun 25-də Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” adlı bağlanış konserti təşkil olunmuşdu. Sərin yay gecəsində parka gələnlər paytaxtın bu bənzərsiz məkanında həm istirahət edir, həm də burada səslənən bir-birindən fərqli ifaları dinləyirdilər. Bu anları əbədiləşdirmək üçün foto və video çəkməyi də unutmurdular.