CƏMİYYƏT


Azad Laçının ikinci şəhər günü

Laçın şəhəri 2022-ci il avqustun 26-da işğaldan azad edilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 26 Avqust – Laçın şəhəri günü kimi qeyd olunur. Ötən iki il ərzində şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb. Rabitə-kommunikasiya xətləri yenilənib, müasir infrastruktur qurulub. İndiyədək 2031 nəfər yerli sakin doğma şəhərə qayıdıb.