CƏMİYYƏT


Dövlət Xidmətindən saxta səhifələr və saytlarla bağlı xəbərdarlıq

İnsanları tora salaraq pullarını mənimsəmək. Bu məsələdə əsas amil şübhəsiz ki, inandırıcı olmaqdır. Danışdığı yalana qarşısındankı insanı inandıra bilənlər bu üsulla gəlir əldə edirlər. Kiberdələduzların bu dəfəki yalanı isə bir çox insana inandırıcı gəlib. Təsəvvür etmək çətindir, ancaq onlar ölkəmizdə keçiriləcək beynəlxalq COP29 tədbirində yüksək məvacib qarşığında iş təklifləri edirlər. Son dövrdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların yaradılması müşahidə olunur.