Ağstafada maye qazdoldurma məntəqəsində insan həyatı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb
27.08.2024 [11:57]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Ağstafa rayonunun Xətai kəndində fəaliyyət göstərən “Toğrul” kiçik müəssisəsinə məxsus maye yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.