Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ticarət mərkəzinin kollektivinə yanğınlar zamanı zəruri davranış qaydaları öyrədilib

28.08.2024 [11:01]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Gənclik Mall” ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə belə obyektlərdə mümkün hadisələr zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.