CƏMİYYƏT


DİN: Ətraf mühiti və təbiəti təmiz saxla. Bu, məsuliyyətdir!

Paytaxt və bölgələrdə ərazilərin təmizlik, sanitar-gigiyena qaydalarına riayət olunması polis əməkdaşları tərəfindən daim diqqətdə saxlanılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xüsusilə də yerli və xarici ziyarətçilərin ən çox səfər etdikləri işğaldan azad olunan ərazilərdə məişət tullantıları və tütün məmulatlarının tutumlara (urnalara) atılması təşviq olunur, qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri görülür.
Nazirlik bir daha vətəndaşların nəzərinə çatdırır ki, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır.