Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suraxanıda saxlanılan şəxsdən 3 kiloqram narkotik vasitə aşkarlanıb

28.08.2024 [16:03]

Xəbərin mətni

Narkotik vasitələrin satışının və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat nəticəsində, əvvəllər dəfələrlə məhkum olunmuş 1990-cı il təvəllüdlü Cəsarət Nadirov saxlanılıb. Həmin şəxsdən 3 kiloqram marixuana aşkarlanıb. C.Nadirov ifadəsində narkotikləri satmaq niyyəti ilə əldə etdiyini bildirib.