CƏMİYYƏT


Ballıqaya faciəsindən 32 il keçir

1992-ci ilin mayında Laçını erməni silahlı qüvvələri işğal etdikdən sonra bir qrup laçınlı ailələr Göygöl rayonunda Sarıqaya adlanan ərazidə doğma yurdlarına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar. Sonradan yerləşdikləri ərazi heyvandarlığa əlverişsiz olduğu üçün həmin ailələr müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndinə köç edirlər. Vaxtıykən ailəsi ilə birgə Ballıqayada məskunlaşan Binnət Mehdiyev həmin günləri belə xatırlayır.