CƏMİYYƏT


Kiberdələduzluğun yeni növü

Bu dəfə kiberdələduzlar Forex bazarını hədəf alıblar. Saxta səhifə və profillər yaradaraq orda forex vasitəsilə yüksək məbləğlərdə 50.000 manatadək uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır. Təşəkkür mesajı guya hansı yardım üçün yazılmış kimi göstərilir. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ondan qazanmağın yollarını öyrənmək istəyir. Kiberdələduzun tələsinə doğru yönələn vətəndaş əgər qazanc əldə etmək istəyirsə şəxsi bank kartının məlumatlarını onunla paylaşmalıdır. Əgər hansısa şəxs bu yalana inanıb məlumatlarını bölüşərsə artıq dələduza lazım olan reallaşıb deməkdir.