Bakıda narkokuryerlik edən 5 nəfərdən 19 kiloqram narkotik vasitə aşkarlanıb
30.08.2024 [13:28]
Xəbərin mətni
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı son bir həftə ərzində silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirlərlə paytaxt sakinləri Rasim Kərimov, Nəriman Nərimanov, tanışı Ramil Allahverdiyev, Rüstəm Kərimov və İsa Ağayev saxlanılıblar. Onlardan ümumilikdə 19 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslər olduqları müəyyən edilib.