CƏMİYYƏT


FHN: Goranboyda yol kənarında qamışlıq sahə yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.