CƏMİYYƏT


Sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbir keçirilib

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Sonuncu tədbir zamanı yol polisləri Sumqayıt şəhəri ərazisində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat veriblər.