Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Naxçıvanda evlərin zirzəmisinə dolan su çəkilərək kənarlaşdırılıb

31.08.2024 [12:29]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsində və 20-ci məhəllə ərazisində bəzi fərdi yaşayış evlərinin zirzəmisinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.