Laçın sakinləri doğma yurdlarında səs verirlər
01.09.2024 [10:20]
Xəbərin mətni
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı işğaldan azad olunan Laçında seçicilərin səs verməsi üçün 6 məntəqə fəaliyyət göstərir. Laçın sakinləri yüksək əhvali-ruhiyə ilə səhər saatlarından başlayaraq məntəqələrə üz tutublar.