AZƏRTAC XƏBƏR VERİR: Prezident və birinci xanım Kəlbərcərdə görülən işlərlə tanış olublar
02.09.2024 [20:14]
Prezident İlham Əliyev və birinci xanım Kəlbərcərə səfər ediblər. Dövlət başçısı Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının,Tərtər çayı üzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının və Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər və “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Prezident həmçinin Kəlbəcər rayonunun İstisu qəsəbəsinin, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.