CƏMİYYƏT


Biləsuvar rayonunda zəlzələ qeydə alınıb

Sentyabrın 5-də Cəlilabad stansiyasından 28 kilometr şimal-qərbdə - Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 10:45-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
Zəlzələ episentrdə 4 bala yaxın, episentrə yaxın ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.