CƏMİYYƏT


Gözəllik naminə kor edən əməliyyat

Artıq xeyli müddətdir ki, ölkəmizdə əksər insanlar xarici görünüşün daha yaxşılaşdırmaq üçün bir çox əməliyyatlar etdirirlər. Son vaxtlar bunların sırasına göz rənginin dəyişdirilməsi də əlavə olunub. Əməliyyatın adı keratopiqmentasiya adlanır. Xüsusilə xanımlara cəlbedici gələn bu əməliyyatın zərərli tərəfləri də az deyil. Həkim oftolmoloq Paşa Qəlbinurun sözlərinə görə sözügedən əməlliyatın icrası sadə prosedur olsa da, rəng üçün istifadə olunan maddə göz üçün zərərlidir.