Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya Avropada Azərbaycanın ən yaxın tərəfdaşıdır

05.09.2024 [18:52]

Dərin köklərə və strateji əlaqələrə bağlı olan İtaliya Azərbaycan əlaqələri 1992-ci ildən qurulub və iki ölkə arasında bu günə qədər bir birindən önəmli mühüm sənədlər imzalanıb. Yaxın keçmişə nəzər salsaq onlardan biri də 2020-ci ildə əməkdaşlığın bütün istiqamətlərini əhatə edən 28 sənəd, xüsusilə də "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə"-dir. Bu müqavilənin imzalanması ilə əlaqələr məzmun və keyfiyyətcə yeni mərhələyə - çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI