SİYASƏT


Lokal antiterror tədbirləri necə başladı?

44 günlük vətən müharibəsində qazanılan zəfərlə Azərbaycan öz tarixi torpaqlarına qovuşmuş, 30 ildən çox davam edən haqsızlığa son qoymuşdu. Növbədə sülh müqaviləsinə imza ataraq regionda təhlükəsizliyi təmin etmək var idi. Azərbaycan müxtəlif yollarla sülhə addımlasa da, Ermənistan hər dəfə bu istiqamətdən boyun qaçırırdı. Ermənistan baş nazirinin ötən il  sentyabrın 2-də qondarma rejimi  təbrik etməsi  ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların davam etdiyini göstərirdi.