CƏMİYYƏT


ANAMA: İndiyədək 377 nəfər mülki şəxs mina qurbanı olub

İşğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri davam etdirilir. 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 160 min hektardan artıq ərazi təmizlənib, 156 mindən çox mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara da rast gəlinir.