SİYASƏT


Çin Zəngəzur dəhlizinin açılmasını istəyir

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları dünyanın nəhəng ölkələri də qəbul edib. Misal olaraq, Zəngəzur dəhlizinin açılmasını region ölkələri ilə yanaşı dünyanın ən iri ticarət ölkəsi olan Çin də dəstəkləyir. Şərq İqtisadi Forumu çərçivəsində Rusiyadakı Çin Sahibkarlar İttifaqının rəhbəri Çjou Liçyun bildirib ki, Zəngəzur dəhlizinin açılması Çin mallarına yol açacaq.