Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəmir çəpəri söküb qatar yolundan keçirlər

07.09.2024 [14:42]

Səyahət zamanı təhlükənin minimum hesab edildiyi nəqliyyat növlərindən biri də qatarlardır. Ölkəmizdə də, dəmir yolları vasitəsi ilə sərnişindaşıma həm paytaxt, həm də regionlarda geniş yayılıb. Bu ilin avqust ayında ADY-nin rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarları ilə 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.