CƏMİYYƏT


Vətəndaşların pulunu ələ keçirməkdə təqsirləndirilənlərin cinayət işi məhkəməyə göndərilib

“Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlunun, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlunun və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.