Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası keçirilib

09.09.2024 [16:45]

Xəbərin mətni

Sentyabrın 9-da Azərbaycan paytaxtında Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclas Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil edilib.