SİYASƏT


Qırmızı xətti keçən AŞPA

Ötən ilin sentyabrında Azərbaycan işğaldan azad etdiyi torpaqlarda separatizmə son qoydu, suverenliyimizi bərpa etdi. Bir neçə ay sonra isə AŞPA Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Bu ilin yanvar ayında AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı.