Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Nənə qızlar” 32 il sonra yenidən Gülablıda oxudular

09.09.2024 [19:39]

Xəbərin mətni

BDU-nun “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri, folklorşünas Almara Nəbiyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdamın “Nənə qızlar” ansamblı 1982-ci ildə ustad aşıq Xaspolad Mirzəliyevin təşəbbüsü ilə Gülablı kəndində yaradılıb və böyük səhnələrdə çıxış edərək uğurlar qazanıb. Ermənistan tərəfindən Ağdam rayonunun işğal olunması nəticəsində bu ansambl da öz fəaliyyətini dayandırıb.